Gürcüstan parlamenti “Gürcüstanın Vergi Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” qanun layihəsini üçüncü oxunuşda 85 səslə yekdilliklə qəbul edib.
Siqaretlərə aksiz dərəcələri artırılır - YENİ MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, yeni qanun layihəsində siqaretin aksiz vergisinin dərəcəsinin dəyişdirilməsi və yerli siqaret istehsalının təşviqi nəzərdə tutulur.
Qanun layihəsində deyilir ki, 35 milyon qutuya qədər yerli istehsal olan siqaretə 1,3 lari məbləğində sabit aksiz vergisi müəyyən edilib. Həmçinin, idxal olunan siqaretlər üzrə sabit aksiz vergi 1,9 laridən 2,75 lariyə yüksəlib. (Azərtac)










