Bu ilin birinci rübündə Azərbaycandan xaricə 68,3 milyon dollarlıq fındıq ixrac edilib.
Azərbaycan fındığı bu il xaricə 21 manatdan baha satılıb
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) açıqladığı “İxrac icmalı”nın aprel sayına istinadən xəbər verir.
Məlumata görə, meşə fındığı ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 25,3 milyon dollar və ya 58,8% artıb. 2025-ci ilin birinci rübündə ölkədən 43 milyon dollarlıq fındıq ixrac edilmişdi.
Qeyd edək ki, hesabat dövründə qeyri-neft sektoru üzrə ixrac 862 milyon ABŞ dolları təşkil edib. Meşə fındığı ixracının ümumi ixracda payı 7,9% olub.














