Bu ilin yanvar ayında Azərbaycandan 29 milyon 433 min dollar həcmində 2 min 291 ton fındıq ixrac edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, fındıq ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 15,4 milyon dollar və ya 2,1 dəfə, miqdar ifadəsilə isə 266 ton, başqa sözlə 13,2% çoxdur.
Qeyd edək ki, 2025-ci ilin yanvar ayında Azərbaycandan 14 milyon 45 min dollar dəyərində 2 min 25 ton fındıq ixrac olunmuşdu.
Bu ilin yanvar ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi fındığın 1 kiloqramının orta ixrac qiyməti 12,85 dollar (təxminən 21 manat 85 qəpik) təşkil edib. 2025-ci ilin eyni dövründə isə bu rəqəm 6,94 dollar (təxminən 11 manat 80 qəpik) idi. Bu da illik müqayisədə 5,91 dollar (10 manat 5 qəpik) və ya 85,2% bahalaşma deməkdir.
Bu il yanvar ayında ümumi ixracın 1,32%-i, qeyri-neft sektoru üzrə ixracın isə 10,97%-i fındığın payına düşüb. Ötən ilin eyni dövründə isə müvafiq göstəricilər 0,46% və 5,71% olmuşdu.











