Bu ilin aprel ayında BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Ərzaq Qiymətləri İndeksi (FFPI) orta hesabla 128.3-ə bərabər olub.
Azərbaycanda ən çox ucuzlaşan və bahalaşan məhsullar - SİYAHI
FED.az bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir.
Bununla da ərzaq qiymətləri indeksi mart ayı ilə müqayisədə 1.0%, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 7.6% artıb.
Son qiymət artmasının əsas səbəbləri taxıl, süd və ət məhsulları üzrə qiymətin artması olub.
Taxıl məhsullarının Qiymət İndeksi aprel ayında orta hesabla 111 . 0 bənd təşkil edib. Bu, mart ayına nisbətən 1.3 bənd (1.2 % ) çox, ötən ilin müvafiq dövrü ilə müqayisədə 0.6 bənd (0.5% ) azdır. Taxıl məhsullarının qiymət indeksinin artmasının əsas səbəbləri Rusiyada ixrac vəziyətinin çətinləşdirilməsi və bəzi əsas ixracatçıların sabit ixrac tempi, o cümlədən ABŞ dollarının avroya nisbətən zəifləməsi fonunda buğda qiymətinin artması, ABŞ -ın idxal tarifləri siyasətinə düzəlişlər, o cümlədən ABŞ qarğıdalısının aparıcı idxalçısı olan Meksikanın azad edilməsi və bir sıra digər ticarət tərəfdaşları üçün 10%-dən yuxarı idxal tariflərinə 90 günlük fasilə verilməsi fonunda qarğıdalı qiymətinin artması, sorqo, arpa və düyü qiymətinin artmasıdır.
Bitki yağı Qiymətləri İndeksi aprel ayında orta hesabla 158.0 bənd təşkil edib. Bu, mart ayına nisbətən 3.7 bənd (2.3%) az, ötən ilin müvafiq dövrü ilə müqayisədə 27.1 bənd (20.7%) çoxdur. Bitki yağları qiymət indeksinin azalmasının əsas səbəbləri Cənub-Şərqi Asiyanın əsas istehsalçı ölkələrində təklifin yüksək olması fonunda beynəlxalq palma yağının qiymətinin azalmasıdır.
Ət Qiyməti İndeksi aprel ayında orta hesabla 121.6 bənd təşkil edib. Bu, mart ayına müqayisədə 3.7 bənd ( 3.2 % ), ötən ilin müvafiq dövrü ilə müqayisədə 5.0 bənd ( 4.3 % ) çoxdur. Ət məhsulları qiymət indeksinin artmasının əsas səbəbləri Almaniyanın dabaq xəstəliyindən azad statusunun bərpasından və idxalçılar tərəfindən müvafiq məhdudiyyətlərin aradan qaldırılmasından sonra, pasxa bayramları ilə əlaqədar artan mövsümi tələb fonunda ət qiymət indeksinin artması, Braziliyada yüksək tələb fonunda quş əti qiymətinin artması, donuz əti qiymətinin artmasıdır.
Süd məhsullarının Qiymətləri İndeksi aprel ayında orta hesabla 152.1 bənd təşkil edib. Bu isə mart ayı ilə müqayisədə 3.5 bənd (2.4%), ötən ilin müvafiq dövrü ilə müqayisədə 28.4 bənd (22.9%) çoxdur. Süd məhsullarının qiymət indeksinin artmasının əsas səbəbləri azaldılmış inventar və güclü süd yağı tələbi ilə dəstəklənən yüksək Avropa qiymətləri fonunda beynəlxalq kərə yağı qiymətləri, mart ayından etibarən artaraq pik həddə çatması, süd tozlarının (SMP və WMP) beynəlxalq qiymətləri də sabit daxili tələb və ixrac marağının Avropadan – daha güclü avronun rəqabət qabiliyyətini azaltdığı – Okeaniyaya doğru dəyişməsi fonunda qiymətlərinin artması, pendir qiymətinin artmasıdır.
Şəkər Qiymət İndeksi aprel ayında orta hesabla 112.8 bənd təşkil edib. Bu, mart ayına nisbətən 4.1 bənd ( 3.5%) az, ötən ilin müvafiq dövrü ilə müqayisədə 13.8 bənd (10.9% ) azdır. Şəkər məhsulları üzrə qiymət indeksinin azalmasının əsas səbəbləri martın ikinci yarısında Braziliyada gözləniləndən daha yüksək şəkər hasilatı fonunda dünya şəkər qiymətinin azalması, Braziliya realının ABŞ dollarına nisbətdə ucuzlaşması və beynəlxalq xam neft qiymətlərinin aşağı düşməsi fonunda dünya şəkər qiymətinin azalması olub.