Son illərdə marketlərdə bonus kartlarının istifadəsi sürətlə artmaqdadır. Alıcılar, bu kartlar vasitəsilə alış-veriş etdikdə müxtəlif endirimlər, hədiyyələr və xüsusi təkliflər əldə edə bilirlər. Marketlər isə bu yolla müştəri loyallığını artırır və satışlarını yüksəldir. Bonus kartlarının təqdim etdiyi üstünlüklər həm alıcılar, həm də marketlər üçün qarşılıqlı fayda təmin edir.
Azərbaycanda balıq neçəyədir? – QİYMƏTLƏR FƏRQLİ DƏYİŞİB
FED.az Azərbaycandakı əsas market şəbəkələrinin bonus kartları üzrə şərtləri və təqdim etdiyi üstünlükləri araşdırıb. Daha detallı :
“Araz Supermarket” – Araz müştəri kartından istifadə olunur. Bu kart vasitəsilə hər 10 AZN dəyərində alış-verişə görə 2% keşbek qazanılır. 3 ay ərzində istifadə olunmayan kart deaktiv olunur və qazandığınız keşbeklər silinir. Qeyd edək ki, 10 manatdan aşağı olan alış-verişlər bonus qazandırmır. Araz Supermarket rəflərindəki bəzi endirimli qiymətlərdən yalnız Araz müştəri kartı olanlar istifadə edə bilərlər. Həmin kartı olmayanlar isə məhsulu endirimsiz qiymətə əldə edirlər, buna görə də rəflərdə endirimli qiymət görəndə diqqətli olmaq və kassada çeki yoxlamaq lazımdır.
“Bravo” – Umico bonus kartları keçərlidir. Bu şəbəkədə hər 10 manata 10 qəpik bonus hesablanır. Tariflə desək, bu, alış – veriş üçün 1% kəşbek qazandırmaqdır. Kartdan istifadə edilməsə belə toplanmış bonuslar silinmir. Bonus qazanmaq üçün hər hansı alış-veriş limiti müəyyən edilməyib, istənilən məbləğdə edilən alış-veriş bonus qazandırır. Kartı fiziki olaraq üzərinizdə daşımağınıza ehtiyac yoxdur umico mobil tətbiqindən istifadə edərək bonuslar qazana bilərsiniz və mobil telefonunuzda cəmi 79 MB yer tutacaq.
“BazarStore” – SuperKart Bazarstore mağazalar şəbəkəsinin və vebsayt müştəri kartıdır. Bu şəbəkədə bonus kartının spesifikası bonus qazanmaq üçün alış – verişin minimum 20 manat və ya daha artıq olmasıdır. Hər 20 manatlıq alış-verişə 20 qəpik bonus hesablanır. Əgər alıcı 20 manatdan aşağı alış edibsə, bonus kartının balansına kəşbek qayıtmayacaq. Kartdan istifadə edilmədiyi təqdirdə bonuslar silinmir. Bundan əlavə BazarStore filiallarndakı rəflərdəki bəzi endirimli qiymətlərdən yalnız Super Kartı olanlar istifadə edə bilərlər. Həmin kartı olmayanlar isə məhsulu endirimsiz qiymətə əldə edirlər, buna görə də rəflərdə endirimli qiymət görəndə diqqətli olmaq və kassada çeki yoxlamaq lazımdır.
“OBA” – Şəbəkənin ən vacib detalı bonus kartlarının ənənəvi formada deyil, onlayn mobil tətbiq vasitəsilə istifadə olunmasıdır. Belə ki, telefonumuzun “Play Store” bölməsindən şəbəkənin adını yazmaqla, bonus kartını yükləyə bilərsiniz. Bununla hər 10 manatlıq alış – verişdə 10 qəpik, yəni 1 % gəlir əldə edəcəksiniz. Marektin bonus kartından istifadə edilmədiyi müddət ərzində də toplanan bonuslar silinmir. Kartla istənilən məbləğdə edilən alış-veriş bonus qazandırır.
“Rahat” – Rahat Kartdan sitifadə edilir. Bu şəbəkə də bonus kartları “OBA” marketdə olduğu kimi onlayn qaydada təqdim edir və kartla istənilən məbləğdə edilən alış-veriş bonus qazandırır. Sözügedən kart vasitəsilə 1 manatlıq alış-verişə 1 qəpik bonus hesablanır, əgər kart sahibi «Rahat Market»in Port Baku filialında ticarət etsə, bonuslar 2 qat hesablanacaq. Marketdə olan endirimlərdən həm kartı olanlar, həm də olmayanlar istifadə edə bilər. Əgər kart vastəsi ilə 6 ay ərzində bazarlıq edilməzsə kart deaktiv olunur. Mağazaya yaxınlaşıb aktivləşdirmək olar, amma bonuslar silinmiş olur.
“Neptun Supermarket”– Şəbəkə iki növ karta malikdir Standard Bonus Kartı və Klassik Bonus Kartı. Bonsuların hesablanmasına gəldikdə burada hər 10 manata 10 qəpik bonus hesablanır.
Müştəri ilk olaraq standard bonus kartı sahibi olur. 40 gün ərzində Neptundan 300 manat və üzəri alış-veriş edən kartlı müştəriyə isə yeni Klassik kart təqdim edilir. Klassik kartın bəzi üstünlükləri var belə ki, kart sahiblərinə 2 qat bonus qazandırır. Digər bir üstünlük isə klassik bonus kartı sahibləri üçün online sifarişlərin çatdırılması pulsuzdur. İstənilən məbləğdə edilən alış-verişlər bonus qazandırır.
Bonus kartlar vasitəsilə 60 gün ərzində heç bir alış-veriş edilməsə, bonuslar sıfırlanacaq. Bununla yanaşı, “Neptun Supermarket”in qaydalarına görə, hər həftənin bazar ertəsi hər iki kart növü vasitəsilə 50 manatlıq alış-verişdə 50 bonus qaznacaqsınız.
“Bolmart” – Bu marketlərdə 10 manatlıq alış-verişə 1 bonus, yəni 10 qəpik hesablanır. Burada bonusları pula çevirmək olmur. Kartın istifadə müddəti yoxdur, yəni kart 1 il belə istifadə olunmasa belə deaktiv olunmur və bonuslar silinmir. İstənilən məbləğdə alış-veriş bonus qazandırır.
“Ballı” – Bu şəbəkədə alış-verişdən 1.5% bonus hesablanır.Yəni hər 10 manatlıq alış-verişdən 15 qəpik bonus qazanırsınız . İstənilən məbləğdə alış-veriş bonus qazandırır. Kartın istifadə müddəti yoxdur . Yəni kartdan istifadə olunmasa belə deaktiv olmur və bonuslar silinmir.
“Grandmart” – Grandmart marketlərində 10 manatlıq alış–veriş etdiyiniz zaman 10 qəpik, yəni 1% gəlir əldə edəcəksiniz.Kartın istifadə müddəti yoxdur və bonuslar silinmir və İstənilən məbləğdə alış-veriş bonus qazandırır.
“Megastore” - Bu şəbəkədə alış-verişdən 1% bonus hesablanır.Yəni hər 10 manatlıq alış-verişdən 10 qəpik bonus qazanırsınız . Bu marketlərdə həmçinin bonus kartı müddətsizdir və kartla alış-veriş olunmasa belə bonuslarınız silinmir .
“Tamstore” – Yeni fəaliyyətə başlayan Tamstore şəbəklərində də Umico bonus kartı vasitəsilə bonuslar qazanmaq mümkündür. Bu şəbəkədə hər 10 manata 10 qəpik bonus hesablanır. Tariflə dedikdə, bu, alış – veriş üçün 1% kəşbek qazandırmaqdır. Kartdan istifadə edilməsə belə toplanmış bonuslar silinmir. Marketdə istənilən məbləğdə edilən alış-veriş müştərilərə bonus qazandırır.
Mağazalar |
Bonusların hesablanması |
Tarif |
Kartın yararlılıq müddəti |
Bu məhsullara bonuslar hesabanmır |
Kartın verilmə üsulu |
Bonusdan istifadə olunmayanda |
“Araz” |
Hər 10 manata 20 qəpik hesablanır |
2% |
3 ay |
Tütün məhsullarından və spirtli içkilərdən bonus hesablanmır |
Mağazadaxili |
3 ay istifadə edilməsə silinir |
“Bravo” |
Hər 10 manata 10 qəpik hesablanır |
1% |
Müddətsiz |
- |
Mağazadaxili |
Silinmir |
“Bazarstore” |
Hər 20 manata 20 qəpik hesablanır (aşağı alış-veriş nəzərə alınmır) |
1% |
Müddətsiz |
- |
Mağazadan və ya vebsayta abunə olmaqla virtual olaraq əldə etmək mümkündür |
Silinmir |
“OBA” |
Hər 10 manata 10 qəpik bonus hesablanır |
1% |
Müddətsiz |
- |
Yalnız mobil tətbiqdə yüklənir |
Silinmir |
“Rahat” |
Hər 10 manata 10 qəpik bonus hesablanır |
1% |
Müddətsiz |
- |
Yalnız mobil tətbiqdə yüklənir |
6 ay ərzində istifadə edilməsə silinir |
“Bolmart” |
Hər 10 manata 10 qəpik bonus hesablanır |
1% |
Müddətsiz |
- |
Mağazadaxili |
Silinmir |
“Neptun” |
Hər 10 manata 10 qəpik bonus hesablanır |
1% |
2 ay |
- |
Mağazadaxili |
60 gün istifadə edilməsə silinir |
“Ballı” |
Hər 10 manata 15 qəpik -bonus hesablanır |
1.5% |
Müddətsiz |
- |
Mağazadaxili |
Silinmir |
“Grandmart” |
Hər 10 manata 10 qəpik bonus hesablanır |
1% |
Müddətsiz |
- |
Mağazadaxili |
Silinmir |
“Megastore” |
Hər 10 manata 10 qəpik bonus hesablanır |
1% |
Müddətsiz |
- |
Mağazadaxili |
Silinmir |
“Tamstore” |
Hər 10 manata 10 qəpik bonus hesablanır |
1% |
Müddətsiz |
Spirtli içkilər və tütün məhsulları |
Mağazadaxili |
Silinmir |