Balıq bazarında çeşid çox, qiymətlər isə fərqlidir.
Son bir ildə Azərbaycanda ən çox bahalaşan ərzaq malları – SİYAHI, QİYMƏTLƏR
FED.az xəbər verir ki, balıq mövsümü olduğu üçün alıcı sarıdan da korluq çəkilmir.
Satıcılar deyir ki, əsas satdıqları kütüm, kefal, zalom və bobladır. Kefalın kilosu 3 manatdan 9 manata, kütüm 8 manatdan 12 manata, zalom və bobla isə 3 manatdan 5 manata qədərdir. Ötən ilə nisbətən qiymətlərdə cüzi artım var.
Bazarlarda isə çeşid daha çox, qiymətlər isə fərqlidir. Satıcıların sözlərinə görə, balıqları daha çox şirkətlər və bəzi sahibkarlardan alırlar.
Bundan əlavə xarici ölkələrdən də balıqlar gətirilir.
Əvvəlki illərlə müqayisədə xaricdən gələn balıqlarda 3-5 manat bahalaşma da var. Təsərrüfat balıqlarında isə əksinə ucuzlaşma müşahidə edilir.
Satıcılar növbəti aylarda qiymətlərin arta biləcəyini deyirlər. (Xezerxeber.az)