Bu ilin yanvar-iyun aylarında Azərbaycandan xaricə 67,1 milyon dollar dəyərində çiyələk ixrac edilib.
Ölkəyə ən çox valyuta gətirən meyvə-tərəvəz məhsulları – QİYMƏTLƏR, MƏBLƏĞLƏR, SİYAHI
FED.az biznes və maliyə xəbərləri portalı xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın iyul sayında bildirilir.
Məlumata görə, çiyələk ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 40,1 milyon dollar və ya 2,5 dəfə artıb. Belə ki, ötən ilin ilk yarısında ölkədən 27 milyon dollarlıq çiyələk ixrac edilmişdi.
Yalnız iyun ayında ölkədən 29,4 milyon dollarlıq çiyələk ixrac edilib ki, bu da, illik müqayisədə 14,9 milyon dollar (2 dəfə) çoxdur.
Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 16,9% artaraq 1,9 milyard ABŞ dolları təşkil edib.















