2024-cü ilin yanvar-iyun aylarında Azərbaycandan 3 milyon 123 min dollar dəyərində 345 ton çay ixrac olunub.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Çay ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 104,5 min dollar və ya 4% , miqdar ifadəsilə 10 ton və ya 3% artıb.
2023-cü ilin ilk 6 ayında isə Azərbaycandan 3 milyon 18 min dollar dəyərində 335 ton çay ixrac olunmuşdu.
Bu dövrdə Azərbaycanın ixrac etdiyi çayın 1 kiloqramının orta ixrac qiyməti 15,40 manat olub. Xatırladaq ki, 2023-cü ilin eyni dövründə bu rəqəm 15,33 manat idi.
Bu il ümumi ixracının 0,02%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 0,20%-i çayın payına düşüb.