Bu ilin yanvar-may aylarında Bakıda pərakəndə ticarət dövriyyəsinin həcmi 15 milyard 107,1 milyon manat olub.
Əhalinin bir nəfəri orta hesabla ayda 496,9 manatlıq mallar alıb
Bu barədə FED.az-a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, bu, 2025-ci ilin 5 ayı ilə müqayisədə 4 % çoxdur.
Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə 2,2 % artaraq 8 milyard 189 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 6,7 % artaraq 6 milyard 918,1 milyon manat olub.
Əvvəlki ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-may aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 1 %, fərdi sahibkarlar, bazar və yarmarkalarda isə 5,9 % artıb.
İstehlak məhsullarının 38,5 %-i hüquqi şəxs statuslu müəssisələrdə, 48,3 %-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 13,2 %-i isə paytaxtın məhsul bazarlarında satılıb.















