Pərakəndə ticarətin yenilikçi markalarından olan BRAVO müştəriləri üçün bu dəfə fərqli mağaza konsepti təklif edir.
FED.az xəbər verir ki, hipermarket ənənəsini uğurla davam etdirən BRAVO marketlər şəbəkəsi ilk premium konseptli mağazasını ölkənin ən prestijli istirahət məkanlarından biri olan Sea Breeze-də istifadəyə verir.
BRAVO PREMİUM fərqli assortiment konsepti 6 iyun tarixindən müştərilərinin ixtirayında olacaq. Mağaza ən seçmə məhsullar, yüksək xidmət standartları ilə həftənin 7 günü, 24 saat fəaliyyət göstərəcək.
Burada hər məhsul seçilmiş mənşə, təbii tərkib və yüksək standartlarla fərqlənir. Avropa və dünyanın aparıcı brendlərindən birbaşa gətirilən məhsullar dadı, keyfiyyəti və təqdimatı ilə gündəlik ehtiyaclarınızı belə zərifliyə çevirir.
BRAVO Premium yaşamaq istədiyiniz bir təcrübə, dad və keyfiyyət arasında körpü, hər detalında fərqlilik olan bir konseptdir. Qonaqlar bu mağazada həm alış-veriş edəcək, həm də günün istənilən saatında rahat və təravətli atmosferin dadını çıxara biləcəklər. Burada alış-veriş sadəcə seçim deyil, bir həyat tərzidir. Hər məhsulun arxasında dəyər, estetik və qastronomik təcrübə dayanır. Premium tərzə uyğun yerli və beynəlxalq brendlər, təmiz tərkibli məhsullar və fərqli qablaşdırma konsepsiyası ilə Bravo Premium, müştərilərinin gözləntilərindən bir addım öndə olmağı qarşısına məqsəd qoyur.
Fərqli seçimlər üçün BRAVO DOĞRU SEÇİM-dir!