Müştəriləri ilə mütəmadi olaraq görüşlər təşkil etməyi ənənəyə çevirən BRAVO, bu dəfə də onları yenidən baş ofisində qəbul etdi.
FED.az xəbər verir ki, baş ofisdə keçirilən görüş zamanı müştərilərin fikir və təklifləri dinlənilib, onları maraqlandıran mövzular ətrafında geniş müzakirələr aparılıb.
Müştəri xidməti, bazar tendensiyaları, məhsul çeşidləri və promo kampaniyalarla bağlı fikir mübadiləsi görüşə xüsusi rəng qatıb və səmimi mühit yaradıb.
Fəaliyyətə başladığı ilk gündən müştərilərinə sevə-sevə xidmət göstərən və onların etibar etdiyi brendə çevrilən BRAVO, “Qonağımız Olun” layihəsi ilə müştərilərinin rəy və təkliflərini şəffaf şəkildə, birbaşa öz dilindən eşitmək ənənəsini formalaşdırıb.
Görüşün sonunda iştirakçılara BRAVO-da alış-veriş üçün hədiyyə kartları hədiyyə edilib.
Qeyd edək ki, BRAVO marketlər şəbəkəsi “Sonsuz sevgi və məmnuniyyət” prinsipi ilə hər zaman müştərilərinə DOĞRU SEÇİM təqdim etməyi qarşısına məqsəd qoyub.
“Qonağımız Olun” layihəsi BRAVO baş ofisində davamlı şəkildə keçirilməyə davam edəcək. Layihədə iştirak etmək istəyənlər sosial şəbəkə hesabları vasitəsilə məlumat ala və ya *2266 qaynar xəttinə müraciət edə bilərlər.




![BRAVO müştəriləri ilə növbəti görüşünü gerçəkləşdirdi - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/3892066.jpeg)
![BRAVO müştəriləri ilə növbəti görüşünü gerçəkləşdirdi - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/2636084.jpeg)
![BRAVO müştəriləri ilə növbəti görüşünü gerçəkləşdirdi - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/1716364.jpeg)
![BRAVO müştəriləri ilə növbəti görüşünü gerçəkləşdirdi - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/364785.jpeg)
![BRAVO müştəriləri ilə növbəti görüşünü gerçəkləşdirdi - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/3601651.jpeg)
![BRAVO müştəriləri ilə növbəti görüşünü gerçəkləşdirdi - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/728674.jpeg)
![BRAVO müştəriləri ilə növbəti görüşünü gerçəkləşdirdi - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/2846822.jpeg)
![BRAVO müştəriləri ilə növbəti görüşünü gerçəkləşdirdi - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/4941171.jpeg)
![BRAVO müştəriləri ilə növbəti görüşünü gerçəkləşdirdi - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/1269772.jpeg)
![BRAVO müştəriləri ilə növbəti görüşünü gerçəkləşdirdi - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/2988117.jpeg)
![BRAVO müştəriləri ilə növbəti görüşünü gerçəkləşdirdi - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/2512043.jpeg)
![BRAVO müştəriləri ilə növbəti görüşünü gerçəkləşdirdi - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/3518097.jpeg)









