BRAVO-da növbəti “QONAĞIMIZ OL!
FED.az xəbər verir ki, BRAVO-nun baş ofisində ötən gün müştərilərlərlə növbəti görüş baş tutdu. Görüşə BRAVO-nun idarə heyətinin üzvləri, rəhbər şəxslər və dəyərli müştərilər qatıldı. Məqsəd isə sadə, lakin son dərəcə önəmli idi – dinləmək, anlamaq və inkişafı birlikdə qurmaq!
Müştərilər görüş zamanı məhsullar, xidmət keyfiyyəti və alış təcrübələri ilə bağlı fikirlərini bölüşdü, dəyərli təkliflərini səsləndirdilər. Rəhbərlik isə bütün rəyləri diqqətlə dinləyərək, BRAVO-nun hər zaman daha yaxşıya doğru irəliləməsi üçün bu fikirlərin nə qədər vacib olduğunu vurğuladı.
Görüşün sonunda iştirakçılar üçün xoş bir sürpriz də vardı – BRAVO BREND-in yeni nəsil məhsulları onlara təqdim olundu. Yüksək keyfiyyətli, etibarlı və yerli bazarın ehtiyaclarına uyğun olaraq hazırlanmış bu məhsullar alqışla qarşılandı.
BRAVO olaraq inandığımız bir prinsip var: söz sahibi müştəridir. Bu görüş bir daha göstərdi ki, güclü marka olmaq üçün əsas sütun şəffaflıq, qarşılıqlı dinləmə və davamlı inkişafdır.
Birlikdə daha parlaq gələcəyə və doğru seçimlərə yol almaq üçün BRAVO “Qonağımız ol” layihəsini mütəmadi olaraq təşkil etməyi planlaşdırır!