Lənkəran rayonunun mərkəzi bazarında bir kiloqramı 400-450 manata çay satılır.
Marketlərdə çaylar neçəyədir? – MARKETLƏR, QİYMƏTLƏR, SİYAHI (May, 2025)
FED.az xəbər verir ki, bu bazarda yerli istehsal olan çayların satışına geniş yer ayrılıb, müxtəlif keyfiyyətdə və çeşiddə çaylar müştərilərə təklif olunur. Qiymətlər isə fərqlidir.
Satıcılar deyirlər ki, kiloqramı 15, 20, 25 manat civarında olan çaylara tələbat isə daha yüksəkdir. Bahalı çaylar isə daha çox hədiyyə məqsədilə alınır.
Qeyd edək ki, Lənkəran Azərbaycanın çayçılıq ənənələrinin qorunduğu əsas rayonlardan biridir və burada istehsal olunan çaylar həm yerli, həm də xarici bazarda satışa çıxarılır.