Böyük qürur hissi ilə xəbər vermək istərdik ki, şirkətlər qrupumuza daxil olan “OBA” marketlər şəbəkəsinin “OBA Market” mobil tətbiqinin yüklənmə sayı 1 milyonu ötüb.
Belə ki, bu tətbiq vasitəsilə istifadəçilər “OBA” marketlər şəbəkəsində mövcud olan endirim və kampaniyalardan dərhal xəbərdar olur, həmçinin hər alış-verişdə tətbiqdən istifadə zamanı balanslarına keşbəklər toplayaraq büdcəyə qənaət edirlər.
Qeyd edək ki, tətbiqi yükləyənlərin avantajı bununla da bitmir! "OBA" marketlər şəbəkəsi “Biş-düş” layihəsi çərçivəsində yurdumuzun hər obasında "OBA Market" mobil tətbiqi olan və aktiv şəkildə istifadə edən təsadüfi müştərilərə 100 AZN dəyərində hədiyyə kartları təqdim edir.
Xatırladaq ki, Veysəloğlu Şirkətlər Qrupunun bütün əməkdaşlarının “OBA” marketlərindən hər 10 AZN-lik alış-verişdə 5% keşbek qazanmaq imkanı var.
"OBA Market” mobil tətbiqini Android və iOS əməliyyat sistemlərindən yükləmək mümkündür. Müştərilər mobil tətbiqi “Google Play Store” və “Apple App Store”da axtarış xanasına "OBA Market” sözünü yazaraq yükləyə bilərlər.
Həmçinin aşağıdakı QR kodu oxudaraq “OBA Market” mobil tətbiqini yükləyə bilərsiniz.