Bakıda ət bahalaşıb.
"Heç bir istehsalçı yumurtanın qiymətində artım etməyib, marketlər onu bahalaşdırır" - AÇIQLAMA
FED.az xəbər verir ki, bir neçə gün öncə quzu ətinin qiyməti 16-17 manat arası dəyişirdisə, hazırda alıcıya kiloqramı 20 manata təklif olunur.
Paytaxtın bir neçə ət kəsimi məntəqəsinə baş çəkib qiymətlərlə maraqlandıq. Mal və quzu ətinin qiymətinin artımını satıcılar da təsdiqlədilər, amma qiymət artımın bu gün baş vermədiyini dedilər.
Digər ət kəsimi məntəqələrində də eyni vəziyyətdir, amma aşağı qiymətə təklif olunan quzu əti hələ də var.
Alıcılar isə bahalaşmadan qaçmaq üçün ətin qiymətinin hələ də aşağı olduğu yerlərdən almağa üstünlük verirlər. (Xezerxeber.az)