Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Şahbuz rayonu Badamlı qəsəbəsində fəaliyyət göstərən “Badamlı Quşçuluq” MMC-də həyata keçirilən plandankənar yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.
“FQ Foodex” MMC-yə məxsus dönərxanada mal əti adıyla at ətindən dönər hazırlanırmış - FOTOLAR
Agentlikdən FED.az-a bildirilib ki, kəsim zamanı proseslərin həyata keçirilməsi üçün müvafiq bölmələrin təşkil olunmadığı, alət və avadanlıqların, döşəmənin korroziyaya davamlı materialdan hazılanmadığı, kanalizasiya sisteminin təşkil olunmadığı, temperaturun monitorinqinin aparılmadığı müəyyənləşib.
Faktla bağlı müəssisə rəhbəri barəsində inzibati protokol tərtib edilərək, nöqsanlar aradan qaldırılanadək müvafiq məhdudlaşdırıcı tədbirlər tətbiq olunub.