Bu ilin ilk 10 ayında Azərbaycandan 153 milyon dollar həcmində 490,5 min ton azot gübrəsi ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, azot gübrəsi ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 50,9 milyon dollar və ya 49,8%, miqdar ifadəsilə isə 36,4 min ton, başqa sözlə 8% çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycandan 102,2 milyon dollar dəyərində 454,1 min ton azot gübrəsi ixrac olunmuşdu.
Bu ilin ilk 10 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi azot gübrəsinin 1 kiloqramının orta ixrac qiyməti 53 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 38 qəpik idi. Bu da illik müqayisədə 15 qəpik və ya 39,5% bahalaşma deməkdir.
Bu il 10 ayında ümumi ixracın 0,71%-i, qeyri-neft sektoru üzrə ixracın isə 5,12%-i azot gübrəsinin payına düşüb. Ötən ilin eyni dövründə isə müvafiq göstəricilər 0,45% və 3,64% olmuşdu.











