2024-cü ilin yanvar-iyul aylarında Azərbaycandan 6 milyon 33 min dollar dəyərində 107 ton yod ixrac olunub.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Yod ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 675,4 min dollar və ya 10,1%, miqdar ifadəsilə 21 ton və ya 23,8% artıb.
2023-cü ilin ilk 7 ayında isə Azərbaycandan 6 milyon 708 min dollar dəyərində 86 ton yod ixrac olunmuşdu.
1 kq yodun orta ixrac qiyməti 2024-cü ilin 7 ayına görə 95,90 manat olub ki, bu da illik müqayisədə 36,16 manat (27,4%) ucuzlaşma deməkdir.
Ötən ilin eyni dövründə yodun orta ixrac qiyməti 132,06 manata bərabər olub.