Bu ilin ilk 8 ayında Azərbaycana 18,4 milyon dollar həcmində 10 min 602 ton süd və qaymaq idxal edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, süd və qaymaq idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 3,2 milyon dollar və ya 21,4%, miqdar ifadəsilə isə 1 min 382 ton, başqa sözlə 15% çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust ayları ərzində Azərbaycandan 15,2 milyon dollar dəyərində 9 min 220 ton süd və qaymaq idxal olunmuşdu.
Bu ilin ilk 8 ayının nəticələrinə görə Azərbaycanın idxal etdiyi süd və qaymağın 1 kiloqramının orta idxal qiyməti 2 manat 95 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 2 manat 80 qəpik idi. Bu da illik müqayisə ilə 15 qəpik və ya 5,4% bahalaşma deməkdir.
Bu il 8 ayında ümumi idxalın 0,12%-i süd və qaymağın payına düşüb. Ötən ilin eyni dövründə də bu göstərici 0,12% olub.