Bu ilin ilk 8 ayında Azərbaycana 54,9 milyon dollar həcmində 111 min 228 ton gübrə idxal edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, gübrə idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 2,4 milyon dollar və ya 4,6% çoxdur, miqdar ifadəsilə isə 10 min 328 ton, başqa sözlə 8,5% azalıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust ayları ərzində Azərbaycandan 52,5 milyon dollar dəyərində 121 min 556 ton gübrə idxal olunmuşdu.
Bu ilin ilk 8 ayının nəticələrinə görə Azərbaycanın idxal etdiyi gübrələrin 1 kiloqramının orta idxal qiyməti 84 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 73 qəpik idi. Bu da illik müqayisə ilə 11 qəpik və ya 15% bahalaşma deməkdir.
Bu il 8 ayında ümumi idxalın 0,37%-i gübrələrin payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 0,41% olub.