Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 32,76 milyon ABŞ dolları dəyərində geyim idxal edib.
Azərbaycan əhalisi geyim və ayaqqabıya bu il 4,4 milyard manatdan çox pul xərcləyib
FED.az xəbər verir ki, Türkiyə İxracatçılar Məclisinin məlumatına görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 16,6 % azdır.
Təkcə avqustda Türkiyə Azərbaycana 6,166 milyon ABŞ dolları dəyərində geyim ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 12,1 % çoxdur.
8 ayda Türkiyənin geyim ixracının ümumi dəyəri illik müqayisədə 6,5 % azalaraq 11,228 milyard ABŞ dollarına, avqustda isə 8,5 % azalaraq 1,526 milyard ABŞ dollarına enib. (Report)