Bu ilin ilk 9 ayında Azərbaycandan 46,7 milyon dollar həcmində 65 min 213 ton şəkər ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, şəkər ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 14,9 milyon dollar və ya 46,8%, miqdar ifadəsilə isə 23 min 622 ton, başqa sözlə 56,8% çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan 31,8 milyon dollar dəyərində 41 min 590 ton şəkər ixrac olunmuşdu.
Bu ilin ilk 9 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi şəkərin 1 kiloqramının orta ixrac qiyməti 1 manat 22 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 1 manat 30 qəpik idi. Bu da illik müqayisə ilə 8 qəpik və ya 6,2% ucuzlaşma deməkdir.
Bu il 9 ayında ümumi ixracın 0,25%-i, qeyri-neft sektoru üzrə ixracın isə 1,76%-i şəkərin payına düşüb. Ötən ilin eyni dövründə isə ümumi ixracdakı payı 0,16% olub.