Bu ilin ilk 10 ayında Azərbaycandan 159,8 milyon dollar həcmində 146,4 min ton tomat (pomidor) ixrac edilib.
Dövlət Gömrük Komitəsinə istinadən verilən məlumata görə, tomat ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 17,8 milyon dollar və ya 12,6%, miqdar ifadəsilə isə 27,5 min ton, başqa sözlə 23,1% çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycandan 142 milyon dollar dəyərində 118,9 min ton tomat ixrac olunmuşdu.
Bununla yanaşı bu ilin yanvar-sentyabr aylarına nəzərən dəyərdə 2,6 milyon dollar (1,7%), miqdarda isə 2 min 354 ton (1,6%) əlavə artım baş verib.
Bu ilin ilk 10 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi tomatın 1 kiloqramının orta ixrac qiyməti 1 manat 86 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 2 manat 3 qəpik idi. Bu da illik müqayisədə 17 qəpik və ya 8,4% ucuzlaşma deməkdir.
Bu il 10 ayında ümumi ixracın 0,74%-i, qeyri-neft sektoru üzrə ixracın isə 5,35%-i tomatın payına düşüb. Ötən ilin eyni dövründə isə ümumi ixracdakı payı 0,62% olub.













