2025-ci ilin yanvar-aprel aylarında Azərbaycandan dəyəri 62 milyon 371 min dollar həcmində 42 min 709 ton pambıq lifi edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, pambıq lifi ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 16 milyon 320 min dollar və ya 20,7%, miqdar ifadəsində isə 9 min 286 ton, başqa sözlə, 17,9% azalıb.
Xatırladaq ki, 2024-cü ilin yanvar-aprel aylarında isə Azərbaycandan 78 milyon 691 min dollar dəyərində 51 min 995 ton pambıq lifi ixrac edilmişdi.
Qeyd edək bu ilin 4 ayının yekunlarına görə ixrac edilən pambıq lifinin 1 kiloqramının orta ixrac dəyəri 2,49 manat olub. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 2,57 manat qəpik idi. Bu da illik müqayisədə 9 qəpik və ya 3,5% ucuzlaşma deməkdir.
Bu il ümumi ixracının 0,71%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 5,84%-i pambıq lifinin payına düşüb.