2025-ci ilin yanvar-may aylarında Azərbaycandan 65 milyon 217 min dollar dəyərində 9 min 425 ton meşə fındığı ixrac olunub.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, fındıq ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 17 milyon 759 min dollar və ya 37,4%, miqdar ifadəsilə isə 1 min 686 ton, başqa sözlə 21,8% artıb.
2024-cü ildə isə Azərbaycandan 47 milyon 458 min dollar dəyərində 7 min 739 ton fındıq ixrac olunmuşdu.
Bu dövrdə Azərbaycanın ixrac etdiyi fındığın 1 kiloqramının orta ixrac qiyməti 11 manat 76 qəpik olub. Xatırladaq ki, 2024-cü ilin eyni dövründə bu rəqəm 10 manat 42 qəpik idi. Bu da illik müqayisədə 1 manat 34 qəpik və ya 12,9% artım deməkdir.
Bu il ümumi ixracın 0,59%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 4,63%-i fındığın payına düşüb.