Ötən ilin yanvar-dekabr aylarında Azərbaycan 66 milyon 117 min ABŞ dolları dəyərində 64 min 306 ton düyü idxal edib.
FED.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi bildirir.
Məlumata əsasən, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 50 milyon 86 min ABŞ dolları və ya 32%, həcm baxımından isə 9 min 715 ton və ya 17,8% çoxdur.
Xatırladaq ki, 2023-cü il ərzində isə Azərbaycana 50 milyon 86 min dollar dəyərində 54 min 592 ton düyü idxal edilmişdi.
Qeyd edək ki, ötən ilin yanvar-dekabr aylarında idxal edilən düyünün 1 kiloqramının orta dəyəri 1 manat 88 qəpik olub. 2023-cü ilin eyni dövründə isə bu rəqəm 1 manat 56 qəpik idi. Bu da illik müqayisədə 19 qəpik və ya 12,1% artım deməkdir.
Ötən il ərzində düyü idxalı ölkənin ümumi idxalında 0,31% paya malik olub.