Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 62,7 milyon ABŞ dolları dəyərində 60,5 min ton düyü idxal edib.
Market şəbəkələrində ərzaq və gündəlik tələbat mallarının - MÜQAYİSƏLİ QİYMƏTLƏR – SİYAHI, MƏBLƏĞLƏR (Dekabr,2024)
FED.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi bildirir.
Məlumata əsasən, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 16,4 milyon ABŞ dolları və ya 35,3%, həcm baxımından isə 9,5 min ton və ya 18,6% çoxdur.
Ötən ilin ilk 11 ayında düyü idxalı ölkənin ümumi idxalında 0,33% paya malik olub.
Qeyd edək ki, ümumilikdə, 2024-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycan 2,2 milyard ABŞ dolları dəyərində yeyinti məhsulları idxal edib ki, bu da bir il əvvələ nisbətən 214 milyon ABŞ dolları və ya 10,8% çoxdur. (Trend)