Bu ilin yanvar ayında Azərbaycanda 3 700,6 ton marqarin istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə marqarin istehsalı 1 473,8 ton və ya 28,5% azalıb.
2025-ci ilin yanvar ayında bu göstərici 5 174,4 ton təşkil edib.
1 fevral 2026-cı il vəziyyətinə hazır məhsul ehtiyatı 3 582,8 ton təşkil edib ki, bu da illik müqayisədə 2 075,7 ton və ya 36,7% azdır.
Ötən ilin eyni dövründə hazır marqarin ehtiyatı 5 658,5 ton olub.












