Bu ilin I rübündə Azərbaycanda dövlət sifarişi ilə 26 milyon 655 min manat dəyərində ərzaq məhsulları alınıb.
FED.az bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, il ərzində dövlət vəsaitinə 5,9 % qənaət edilib.
Rüb ərzində ərzağı 110 satınalan təşkilat elektron portal vasitəsilə müqavilə bağladığı 96 istehsalçı və satıcıdan 190 növdə olmaqla alıb.
Dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasını mərkəzləşdirilmiş qaydada nazirliyə məxsus "Aqrar Tədarük və Təchizat" ASC həyata keçirir.