Azərbaycanda istehsal olunan meyvə şirələrinin və konservlərin satışında ənənəvi problemlər davam edir.
Azərbaycan çay idxalını kəskin azaldıb - KİLOQRAMINI 11 MANATDAN ALIB
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ölkədə buraxılan meyvə şirələri və konservlərin həcmi anbarlarda satışın çətinliyi özünü istehsalda da göstərir, nəticədə şirkətlər istehsalı azaltmalı olurlar.
Belə ki, 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanda 589,1 min dekalitr, yəni təxminən 5,9 milyon litr meyvə şirəsi istehsal edilib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-in eyni dövrü ilə müqayisədə 15,2% azdır.
Meyvə-tərəvəz konsenrvlərində də eyni vəziyyətdir. 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanda 23 min 410,8 ton meyvə-tərəvəz konservləri istehsal edilib ki, bu, bir il əvvəlki göstəricidən 15,2 % azdır.
Maraqlıdır ki, ölkənin anbarlarında böyük həcmdə meyvə şirəsi və konserv ehtiyatları toplanıb. Belə ki, bu il martın 1-nə olan vəziyyətə anbarlarda 798 dekalitr, yəni təxminən 8 milyon litr meyvə şirəsi ehtiyatı yığılıb.
Anbarlarda qalan meyvə-tərəvəz konservlərinin həcmi isə 18 min 247,8 tondur.
Son bir ildə anbarda qalan meyvə şirələrinin həcmi 11,6%, konservlərin həcmi isə 9,3% azalıb.












