Azərbaycana xaicdən gətirilən kivinin mağazalarda satış və idxal qiyməti arasında böyük fərqi var.
Paytaxt marketlərində endirim fırıldağı: “Kassada fərqli qiymətlərlə qarşılaşırıq” - VİDEO
FED.az SUPERMARKET xəbər verir ki, bəzi hallarda bu fərq 2,5-3 dəfəyə çatır.
Belə ki, 2022-ci ildə ölkəyə idxal olunan kivinin orta idxal qiyməti 1 kiloqram üçün 1,21 manat olub. Həmin il kivinin mağazalarda orta satış qiyməti 2,73 manat təşkil edib. Bu idxal qiymətindən 2,2 dəfə artıqdır.
Duru yağların ən baha və ən ucuz satıldığı – MARKET ŞƏBƏKƏLƏRİ – SİYAHI, QİYMƏTLƏR (Mart, 2024)
2023-cü ildə idxal qiyməti ilə mağazadakı satış qiyməti arasında fərq daha da böyüyüb. Belə ki, ölkəyə idxal olunan kivinin 1 kiloqramının idxal qiyməti cəmi 1 qəpik artdığı, yəni demək olar ki, dəyişmədiyi halda (1,22 manat) onun mağazadakı satış qiyməti 45 qəpik və ya 16% artararaq 3,18 manata yüksəlib.
Nəticədə kivinin mağazadakı satış qiyməti idxal qiymətini 2,6 dəfə üstələyib.
2024-cü ildə də kivinin mağazalardakı satış qiyməti təqribən həmni həddədir – yanvarda 2,76 manat, fevralda 2,81 manat.