2025-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycana ümumi dəyəri 38 milyon 415 min dollar olan 26 min 946 ton palma yağı idxal edilib.
Rusiyada bu il mandarin baha olacaq: Təxminən 3 dollar - MANDARİN ƏKƏNLƏRƏ YAXŞI XƏBƏR
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ilin eyni dövrünə nisbətən xaricdən palma yağı alışı həcm ifadəsində 9,8 min ton və ya 26,6%, məbləğ ifadəsində isə 4,6 milyon dollar və ya 10,7% azalıb.
Xatırladaq ki, 2024-ün ilk 8 ayında xaricdən Azərbaycana 42 milyon 995 min dollarlıq 36 min 705 ton palma yağı idxal edilmişdi.
2024-cü illə müqayisədə bu il xaricdən alınan palma yağı bahalaşıb. Belə ki, bu il xaricdən alınan 1 kq palma yağının orta idxal qiyməti 2,42 manat təşkil edib. Ötən il isə palma yağının kiloqramı xaricdən 1,99 manata alınıb idxal edilmişdi.
Azərbaycana palma yağı əsasən İndoneziyadan (25 min 816 ton və ya bütün idxalın 70%-i) və Malayziyadan (1 min 129 ton və ya ümumi idxalın 3%-i) gətirilir.













