2024-cü ildə Azərbaycandan 4 xarici ölkəyə 11 milyon 126 min dollar dəyərində 197 ton yod ixrac edilib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə bu 2023-cü ilin sonu ilə müqayisədə məbləğ ifadəsi ilə 34 ton (14,8%), məbləğ ifadəsi ilə 4 milyon 375 min dollar (28,2%) azdır.
2023-cü ildə isə 15 milyon 502 min dollar dəyərində 231 ton yod ixarc edilmişdi.
2024-cü ilin nəticələrinə görə 1 kq yodun orta ixrac qiyməti 96,02 manata bərabər olub ki, bu da illik 17,99 manat (15,8%) azalma idi.
2023-cü ilin yekununa görə 1 kq yodun orta ixrac dəyəri 114,01 manata bərabər olub.
Hesabat dövründə ən çox yod Çinə satılıb. Bu ölkəyə ümumilikdə 4 milyon 70 min dollar dəyərində 74 ton yod ixrac edilib. Bu ölkəyə ixrac edilən yodun kiloqramının dəyəri 94 manat olub.
Hindistan və İtaliyaya ixrac edilən yodun orta statistik dəyəri də 94 manat təşkil edib. Hindistana 2 milyon 970 milyon dollar dəyərində 54 ton, İtaliyaya 1 milyon 100 min dollar dəyərində 20 ton ixrac olub.
Azərbaycan yodu ən baha qiymətə isə Rusiyaya ixrac edilib. Ölkəyə ümumilikdə 2 milyon 986 min dolar dəyərində 49 ton yod ixrac edilib ki, 1 kq yodun orta ixrac dəyəri 104 manata bərabər olub.
|
Ölkələr |
Miqdar (ton) |
Məbləğ (dollar) |
(1kq-orta ixrac qiyməti dollar) |
(1kq-orta ixrac qiyməti manat) |
S/n |
Yod |
197 |
11 126 580 |
56 |
96 |
1 |
Rusiya |
49 |
2 986 580 |
61 |
104 |
2 |
Çin |
74 |
4 070 000 |
55 |
94 |
3 |
Hindistan |
54 |
2 970 000 |
55 |
94 |
4 |
İtaliya |
20 |
1 100 000 |
55 |
94 |