2025-ci ilin yanvar ayında Azərbaycandan dəyəri 4 milyon 265 min dollar həcmində 68 min 336 ton sement ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 751,7 min dollar və ya 21,4%, miqdar ifadəsində isə 6 min 344 ton, başqa sözlə, 10,2% artıb.
Xatırladaq ki, 2024-cü ilin yanvar-ayında isə Azərbaycandan 3 milyon 513 min dollar dəyərində 61 min 992 ton sement ixrac edilmişdi.
Qeyd edək ötən il əzində ixrac edilən sementin 1 kiloqramının orta ixrac dəyəri 11 qəpik olub. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 10 qəpik idi. Bu da illik müqayisədə 1 qəpik və ya 10,1% artım deməkdir.
Bu il ümumi ixracının 0,14%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 1,74%-ü sementin payına düşüb.