2026-cı ilin yanvar–sentyabr aylarında Azərbaycana 2 milyard 67 milyon 672 min dollar dəyərində yeyinti məhsulları idxal olunub. 2025-ci ilin ilk 9 ayında bu göstərici 1 milyard 880 milyon 465 min dollar idi. Beləliklə, ərzaq idxalı 187 milyon 207 min dollar və ya 10% artıb.
FED.az xəbər verir ki, bu, Dövlət Gömrük Komitəsinin 2025 və 2026-cı illərin yanvar–sentyabr ayları üzrə xarici ticarət hesabatlarının müqayisəsi nəticəsində məlum olub.
Yeyinti məhsullarının ümumi idxalda xüsusi çəkisi 2025-ci ilin ilk 9 ayındakı 11,21%-dən 2026-cı ilin eyni dövründə 15,49%-ə yüksəlib.














