Bu ilin yanvar-iyul aylarında Azərbaycan 10 ölkəyə ümumilikdə 23,6 milyon dollar dəyərində 35,4 min ton alma ixrac edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən 1 kq almanın orta ixrac dəyəri 1 manat 13 qəpik təşkil edib.
5 ölkədən isə 467,6 min dollar dəyərində 424 ton alma gətirilib ki, onun da 1 kq-nın orta idxal dəyəri 1 manat 87 qəpik təşkil edib.
Bu dövrdə ən çox alma Rusiyaya ixrac edilib - 20,5 milyon dollar dəyərində 30,5 min ton.
Ən az ixrac isə 34,6 min dollar dəyərin 3 ton olmaqla Səudiyyə Ərəbistanına ixrac olunub.
Ən baha ixrac Səudiyyə Ərəbistanına (19,55 manat), ən ucuz isə Türkmənistan və İraqa (69 qəpik) edilib.
Ən çox alma isə 344 ton olma Ukraynadan, ən az isə 3 ton olmaqla Çindən gətirilib.
Çin və Çilidən gətirilən almanın orta idxal qiyməti 2 manat 4 qəpik, Türkiyə, Polşa və Ukraynadan isə 1,87 manat təşkil edib.
S/n
|
Ölkələr |
Miqdar (ton) |
Staistik dəyər (dollar) |
1 kq-ın orta ixrac /idxal qiyməti (dollar) |
1 tonun orta ixrac/idxal qiyməti (manat) |
Alma, təzə |
35 426 |
23 567 390 |
$0,67 |
1,13 ₼ |
|
Alma, təzə |
424 |
467 600 |
$1,10 |
1,87 ₼ |
|
1 |
Belarus |
130 |
127 860 |
$0,98 |
1,67 ₼ |
2 |
Qazaxıstan |
1 521 |
620 930 |
$0,41 |
0,69 ₼ |
3 |
Özbəkistan |
1 360 |
1 238 870 |
$0,91 |
1,55 ₼ |
4 |
Rusiya |
30 480 |
20 464 680 |
$0,67 |
1,14 ₼ |
5 |
Türkmənistan |
248 |
99 350 |
$0,40 |
0,68 ₼ |
6 |
Ukrayna |
344 |
378 620 |
$1,10 |
1,87 ₼ |
7 |
Birləşmiş Ərəb Əmirlikləri |
1 316 |
736 240 |
$0,56 |
0,95 ₼ |
8 |
Çili |
7 |
8 140 |
$1,20 |
2,04 ₼ |
9 |
Çin |
3 |
3 790 |
$1,20 |
2,04 ₼ |
10 |
Gürcüstan |
131 |
55 840 |
$0,43 |
0,72 ₼ |
11 |
İraq |
21 |
8 460 |
$0,40 |
0,68 ₼ |
12 |
Qətər |
215 |
180 540 |
$0,84 |
1,43 ₼ |
13 |
Səudiyyə Ərəbistanı |
3 |
34 620 |
$11,50 |
19,55 ₼ |
14 |
Türkiyə |
28 |
31 290 |
$1,10 |
1,87 ₼ |
15 |
Polşa |
42 |
45 760 |
$1,10 |
1,87 ₼ |
Tünd göy rənglə verilmiş göstəricilər ixracı, qırmızı rənglə verilmiş göstəricilər idxalı göstərir. |