2025-ci il ərzində Azərbaycana 32,2 milyon dollar həcmində 18,3 min ton süd və qaymaq idxal edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, süd və qaymaq idxalı ötən illə müqayisədə dəyər ifadəsilə 7 milyon 428 min dollar və ya 30%, miqdar ifadəsilə isə 2,9 min ton, başqa sözlə 18,4% artıb.
Qeyd edək ki, 2024-cü il ərzində Azərbaycana 24,8 milyon dollar dəyərində 15,5 min ton süd və qaymaq idxal olunmuşdu.
2025-ci ilin nəticələrinə görə idxal edilən süd və qaymağın 1 kiloqramının orta idxal qiyməti 1,76 dollar (2,99 manat) təşkil edib. 2024-cü ildə isə bu rəqəm 1,60 dollar (2,72 manat) idi. Bu da illik müqayisədə 0,16 dollar (0,27 manat) və ya 10% bahalaşma deməkdir.
Bu il ümumi idxalın 0,13%-i süd və qaymağın payına düşüb. Ötən il isə müvafiq göstərici 0,12% olmuşdu.











