Bu ilin yanvar-mart aylarında Azərbaycan Səudiyyə Ərəbistanından 168 min 170 ABŞ dolları dəyərinə 56 min 940 kq xurma idxal edib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
İdxal göstəriciləri, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 48 min 30 kq və ya 6,4 dəfə, dəyər baxımından isə 120 min 100 ABŞ dolları və ya 3,5 dəfə çoxudur.
Ötən ilin yanvar-mart aylarında Azərbaycan həmin ölkədən 48 min 70 ABŞ dolları dəyərində 8 min 910 kq xurma idxal edib.
Hesabat dövründə 1 kq xurmanın orta idxal qiyməti 5,02 manata bərabər olub ki, bu da illik 4,15 manat və ya 45,3% azdır.
Ötən ilin müvafiq dövründə isə bu rəqəm 9,17 manata bərabər olub.