"Qurman Plyus" MMC-nin Rusiyadan idxal etdiyi “Okoroçok Klassiçeskiy” və “Bud Dibi Halal” əmtəə nişanlı dondurulmuş toyuq məhsulu partiyalarından Azərbaycan Qida Təhlükəsizli Agentliyinin (AQTA) əməkdaşları tərəfindən götürülmüş nümunələrin müayinəsi nəticəsində salmonella aşkarlanıb.
İrandan Azərbaycana gətirilən 3 tondan çox kreker və konfetdə GMO aşkarlandı - MƏHV EDİLDİ
Bu barədə FED.az Agentliyə istinadən xəbər verir.
Faktla bağlı ümumi çəkisi 2035.99 kq olan 155 ədəd qablaşdırmada toyuq budu və ümumi çəkisi 2882 kq olan 262 ədəd qablaşdırmada toyuğun bud dibi məhv edilib.