Azərbaycana ərəb turistlərinin ayaq açmasından sonra ölkənin sürətlə populyarlaşan məhsulu qoyun əti olub.
FED.az xəbər verir ki, sənaye üsulundan kənar, təbii yolla saxlanılan qoyunların dadlı əti turistlərin diqqətini cəlb edib və tədricən ölkələn qoyun əti ixracının başlanmasına səbəb olub.
Hələlik ölkədən qoyun ətinin əsas alıcısı ərəblərdir – baxmayaraq ki, hələlik ixrac cüzi rəqəmlərlə ölçülür.
2023-cü ildə Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə 300 kiloqram qoyun əti ixrac edilib. Rəsmi məlumata görə, ötən il BƏƏ-yə 300 kiloqram təzə və ya soyudulmuş quzu cəmdəkləri ixrac olunub. İxracın ümumi dəyəri 2,82 min dollar olub. Başqa sözlə, qoyun ətinin hər kiloqramı BƏƏ-yə 16 manata ixrac edilib. Hələlik 2024-cü ildə qoyun əti ixrac edilməyib.