Bu ilin yanvar-avqust aylarında Azərbaycan xaricə 4 milyon 221 min dollar dəyərində 8 min 924 ton qarpız ixrac edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, idxal göstəriciləri məbləğ ifadəsində 944,8 min dollar, yəni 18,3%, miqdar ifadəsi ilə təqribən 3,3 ton (26,9%) azdır.
Ötən ilin eyni dövründə ölkəyə 5 milyon 166 min dollarlıq 12 min 208 ton qarpız ixrac olunub.
Bu da o deməkdir ki, 1 kq qarpızın orta ixrac qiyməti bu ilin ilk 8 ayına görə 80 qəpik təşkil edib. Ötən ilin müvafiq dövründə isə bu göstərici 72 qəpik olub. Orta ixrac qiyməti son bir il ərzində 8 qəpik (12%) artıb.