Bu ilin ilk 2 ayında Azərbaycandan 26 milyon 556 min dollar həcmində 22 min 314 ton tomat (pomidor) ixrac edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, tomat ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 165 min dollar və ya 0,6%, miqdar ifadəsilə isə 425 ton, başqa sözlə 1,9% azdır.
Qeyd edək ki, 2025-ci ilin ilk 2 ayında Azərbaycandan 26 milyon 722 min dollar dəyərində 22 min 739 ton tomat ixrac olunmuşdu.
Bu ilin ilk 2 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi tomatın 1 kiloqramının orta ixrac qiyməti 1,19 dollar (təxminən 2 manat 2 qəpik) təşkil edib. 2025-ci ilin eyni dövründə isə bu rəqəm 1,18 dollar (təxminən 2 manat 1 qəpik) idi. Qiymət demək olar ki, dəyişməyib, cəmi 1,3% bahalaşma qeydə alınıb.












