2025-ci il ərzində Azərbaycandan 141,6 milyon dollar həcmində 130,1 min ton ilkin formalı polietilen ixrac edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömruk Komitəsinə istinadən xəbər verir ki, polietilen ixracı ötən illə müqayisədə dəyər ifadəsilə 12,1 milyon dollar və ya 9,3%, miqdar ifadəsilə isə 14,7 min ton, başqa sözlə 12,7% çoxdur.
Qeyd edək ki, 2024-cü il ərzində Azərbaycandan 129,5 milyon dollar dəyərində 115,4 min ton polietilen ixrac olunmuşdu.
2025-ci ilin nəticələrinə görə Azərbaycanın ixrac etdiyi polietilenin 1 kiloqramının orta ixrac qiyməti 1,09 dollar (1,85 manat) təşkil edib. 2024-cü ildə isə bu rəqəm 1,12 dollar (1,91 manat) idi. Bu da illik müqayisədə 0,03 dollar (0,06 manat) və ya 3% ucuzlaşma deməkdir.
Bu il ümumi ixracın 0,57%-i, qeyri-neft sektoru üzrə ixracın isə 3,90%-i polietilenin payına düşüb. Ötən il isə müvafiq göstəricilər 0,49% və 3,86% olmuşdu.











