Bu ilin ilk 7 ayında Azərbaycandan 109,7 milyon dollar həcmində 76 min 286 ton pambıq lifi ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, pambıq lifi ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 16,7 milyon dollar və ya 13,2%, miqdar ifadəsilə isə 6 min 76 ton, başqa sözlə 7,3% azalıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycandan 126,4 milyon dollar dəyərində 82 min 360 ton pambıq lifi ixrac olunmuşdu.
Bu ilin ilk 7 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi pambıq lifinin 1 kiloqramının orta ixrac qiyməti 2 manat 45 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 2 manat 61 qəpik idi. Bu da illik müqayisə ilə 16 qəpik və ya 6,1% ucuzlaşma deməkdir.
Bu il 7 ayında ümumi ixracın 0,72%-i, qeyri-neft sektoru üzrə ixracın isə 5,26%-i pambıq lifinin payına düşüb. Ötən ilin eyni dövründə isə ümumi ixracdakı payı 0,79% olub.