2025-ci ilin yanvar ayında Azərbaycandan dəyəri 9 milyon 284 min dollar həcmində 6 min 532 ton pambıq lifi edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, pambıq lifi ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 1 milyon 299 min dollar və ya 12,3%, miqdar ifadəsində isə 594 ton, başqa sözlə, 8,3% azalıb.
Xatırladaq ki, 2024-cü ilin yanvar ayında isə Azərbaycandan 10 milyon 583 min dollar dəyərində 7 min 126 ton pambıq lifi ixrac edilmişdi.
Qeyd edək bu ilin ilk ayı əzində ixrac edilən pambıq lifinin 1 kiloqramının orta ixrac dəyəri 2,41 manat olub. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 2,52 manat qəpik idi. Bu da illik müqayisədə 11 qəpik və ya 4,4% ucuzlaşma deməkdir.
Bu il ümumi ixracının 0,31%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 3,78%-i pambıq lifinin payına düşüb.