2025-ci il ərzində Azərbaycana İrandan 332,8 min dollar dəyərində 569 min 800 litr (56,9 min dekalitr) pivə idxal edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, İrandan pivə idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 25 min dollar və ya 7,1%, miqdar ifadəsilə isə 96 min litr, başqa sözlə 14,4% azdır.
Qeyd edək ki, 2024-cü il ərzində ölkəyə İrandan 358,3 min dollar dəyərində 665 min 800 litr pivə idxal edilmişdi.
2025-ci ilin nəticələrinə görə İrandan idxal olunan pivənin 1 litrinin orta idxal qiyməti 0,58 dollar (təxminən 99 qəpik) təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 0,54 dollar (təxminən 92 qəpik) idi. Bu da illik müqayisədə 0,04 dollar (7 qəpik) və ya 7,4% bahalaşma deməkdir.
2025-ci ildə ümumi idxalın 17,3%-i İranın payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 21,1% olmuşdu.












