2025-ci il ərzində Azərbaycana 145,9 milyon dollar həcmində mebel və onun hissələri idxal edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, mebel idxalı ötən illə müqayisədə dəyər ifadəsilə 18,5 milyon dollar və ya 11,3% azalıb.
Qeyd edək ki, 2024-cü il ərzində Azərbaycana 164,4 milyon dollar dəyərində mebel idxal olunmuşdu.
Bu il ümumi idxalın 0,60%-i mebelin payına düşüb. Ötən il isə müvafiq göstərici 0,78% olmuşdu.











