Bu ilin ilk 11 ayında Azərbaycana 159,5 milyon dollar dəyərində 23,1 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunub.
FED.az Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, kərə yağı idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 8 milyon dollar və ya 5,3%, miqdar ifadəsilə isə 3,3 min ton, başqa sözlə 12,5% azdır.
Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr ayları ərzində ölkəyə 151,6 milyon dollar dəyərində 26,4 min ton kərə yağı idxal edilmişdi.
Bu ilin ilk 11 ayının nəticələrinə görə Azərbaycana idxal olunan kərə yağının 1 kiloqramının orta idxal qiyməti 11 manat 76 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 9 manat 78 qəpik idi. Bu da illik müqayisədə 1 manat 98 qəpik və ya 20,3% bahalaşma deməkdir.
Bu il 11 ayında ümumi idxalın 0,75%-i kərə yağının payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 0,81% olmuşdu.











