Azərbaycana bu ilin yanvar-iyul aylarında İrandan 657 ton qarpız idxal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir
Məlumata görə, İrandan idxal edilmiş qarpızın dəyəri isə 429 800 dollar olub.
Son bir il ərzində idxalın həcmində 101 ton (13,3%), dəyərində isə 63 min dollara yaxın (12,8%) azalma baş verib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-iyul ayında isə Azərbaycan İrandan 492 770 dollar dəyərində 758 ton qarpız idxal etmişdi.
Bu ilin yanvar-iyul aylarının nəticələrinə görə İrandan idxal edilmiş qarpızın orta hesabla 1 tonunun dəyəri 1 112 manat olub ki, bu da 2024-cü ilin müvafiq göstəricisinə görə 7 manat (0,6%) çoxdur. Ötən ilin müvafiq dövründə bu göstərici 1 105 manata bərabər olub.