zərbaycandan bu ilin yanvar-iyul aylarında Gürcüstana cəmi 96 ton qarpız ixrac edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, Gürcüstana ixrac edilmiş qarpızın dəyəri isə 30 910 dollar olub.
Son bir il ərzində ixracın həcmində 747 ton (8,8 dəfə), dəyərində isə 222 min dollar (8,2 dəfə) kəskin azalma baş verib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-iyul ayında isə Azərbaycan Gürcüstana 252 990 dollar dəyərində 843 ton qarpız ixrac etmişdi.
Bu ilin yanvar-iyul aylarının nəticələrinə görə Gürcüstana ixrac edilmiş qarpızın orta hesabla 1 tonunun dəyəri 547 manat olub ki, bu da 2024-cü ilin müvafiq göstəricisinə görə 37 manat (7,3%) çoxdur. Ötən ilin müvafiq dövründə bu göstərici 510 manata bərabər olub.